Rusiyaya getmək çətinləşir: daha iki tələb…
4 Yanvar 22:15
4 Yanvar 22:15
4 Yanvar 20:40
4 Yanvar 19:11
4 Yanvar 19:09
Prezident İlham Əliyev hazırda sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.
Deputat deyib ki, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır: "Azərbaycan Prezidentinin həyata keçirdiyi müdrik islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində bir çox böyük dünya dövlətlərinin maraqlarının toqquşduğu regionumuzda sabitlik mövcuddur. Məhz bu hegemon dövlətlərin maraqlarının üst-üstə düşdüyü digər bölgələrə nəzər salsaq, bunun nə qədər əhəmiyyətli və həyati zərurət daşıdığını görərik. Prezident İlham Əliyevin özünəməxsus praqmatik informasiya siyasəti var. Dövlətimizin başçısı təkcə dövlət idarəçiliyi, daxili və xarici siyasət məsələlərinə deyil, həm də dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir”.
Müşfiq Cəfərov qeyd edib ki, Prezident İlham Əliyevin informasiya strategiyası şəffaflıq, obyektivlik, sistemlilik, operativlik kimi prinsiplərə əsaslanır, milli maraqların müdafiəsi, ölkə həqiqətlərinin müasir üslubda dünya ictimaiyyətinə çatdırılması, cəmiyyətin hərtərəfli məlumatlandırılması isə əsas qayəsini təşkil edir: “Azərbaycan Prezidentinin COP29-da çıxışında Qərbə, ABŞ və Avropa İttifaqına, AZTV-yə müsahibəsində Rusiyaya yönəlmiş fikirləri, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində Ermənistanı silahlandırılmasına diqqət çəkməsi Azərbaycanın mövqeyini və maraqlarını prinsipiallıqla müdafiə etməsindən irəli gəlir. Dövlət başçısı hər zaman beynəlxalq mətbuatla yanaşı yerli mətbuatda da regionda baş verən proseslərlə bağlı fikirlərini bildirir, dövlətimizin mövqeyi ilə bağlı mühüm mesajlar verir. Azərbaycan Prezidenti dəfələrlə milli maraqlarla bağlı məsələlərdə heç bir dövlətə güzəştə getməyəcəyini nümayiş etdirib”.