Ermənistan Azərbaycana sülh sazişinin razılaşdırılmamış bəndləri ilə bağlı təkliflər göndərib Siyasət

Ermənistan Azərbaycana sülh sazişinin razılaşdırılmamış bəndləri ilə bağlı təkliflər göndərib

Ermənistan sülh sazişi layihəsinin razılaşdırılmamış iki bəndinə dair Azərbaycana təkliflər göndərib.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Armenpress”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, müsbət cavab verildiyi təqdirdə, Ermənistan onu imzalamağa hazırdır.

“Sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsinin həllini təklif etdik və Azərbaycan müsbət cavab verərsə, müqaviləni imzalamağa hazırıq”, - Paşinyan qeyd edib.