Abbas Abbasov: BTQ-nin fəaliyyətinin Fransa-Azərbaycan münasibətləri ilə eyniləşdirilməsinin tərəfdarı deyilik Siyasət

Abbas Abbasov: BTQ-nin fəaliyyətinin Fransa-Azərbaycan münasibətləri ilə eyniləşdirilməsinin tərəfdarı deyilik

"Prezident İlham Əliyevin kolonializm ilə mübarizə məsələsini müxtəlif beynəlxalq platformalarda qaldırması nəticəsində dünya ictimaiyyətinin diqqəti məhz bu qlobal problemə yönəlib".

APA xəbər verir ki, sözügedən fikirləri mətbuat konfransında Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov söyləyib.

O vurğulayıb ki, rəsmi Parisin Azərbaycana qarşı əsassız və qərəzli iddiaları Prezident İlham Əliyevin və Bakı Təşəbbüs Qrupunun Fransanın neokolonializm siyasətini ifşa etməsi ilə bağlıdır:

"Biz bu əsassız iddiaları qətiyyətlə pisləyirik. Bəyan edirik ki, Fransa tərəfindən Bakı Təşəbbüs Qrupunun fəaliyyətinin Fransa-Azərbaycan ikitərəfli münasibətləri ilə eyniləşdirilməsinin tərəfdarı deyilik".