Seçim onlarındır Siyasət
Erməni toplumunun ideoloji olaraq faşist bir toplum olduğu Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın 1994-cü ildə "Yerkrapa" terror təşkilatının üzvləri qarşısında son günlər yayılan çıxışından aydın görünür. Azərbaycana qarşı planlarından və yüz illərlə sonraya hesablanmış planlarının həyata keçirildiyindən danışmaqla yanaşı, onların Bakıda yaşayan erməniləri bunun üçün qurban seçdiklərini də qeyd etməsi ermənilərin necə xəstə toplum olduğunu da ortaya çıxarır. Bakı ermənilərini qurban etməklə onların Azərbaycandan deportasiyasını şərtləndirən vəziyyətin guya Azərbaycanın Ermənistana təzyiq üsullarını azaldığını, Ermənistanın demoqrafik problemini Bakıdan qayıdan ermənilər hesabına həll etdiklərini bildirməsi əsl nasizm metodlarıdır, irqi diskriminasiyadır.
Bu, erməni idarəçilərin öz toplumunun çəkdiyi əzab və əziyyətlərin onların xəstə ideololigiyaları qarşısında əhəmiyyətinin olmadığını göstərir. O, həmçinin Basarkeçər, Zəngəzur və Zəngibasar bölgələrində azərbaycanlıların ermənilərdən sayca çox olduğunu etiraf etməklə tarixi faktları ortaya qoyur. Həmin ərazilərin Azərbaycan əraziləri olduğunu dolayısı ilə etiraf edir, təbii ki, bütün Ermənistan ərazisinin tarixi Azərbaycan torpaqları olduğu kimi.
Amma Petrosyan tarixin bir gün onların yox, Azərbaycanın yazacağını görə bilməyib. Ondakı etiraflarının bir gün özlərinin əleyhinə işləyəcəyini dərk etməyib. Bu etiraflar əslində o və onun kimi digər iki qondarma ölkə prezidentləri üçün yaxşı məhkəmə materiallarıdır. Beynəlxalq məhkəmədə onların əleyhinə dəlildir. Hər üç eks-prezidentin etdikləri cinayətlərə görə cavab verəcəkləri gün artıq yaxındır. 30 ildən çox Azərbaycan xalqına və dövlətinə qarşı etdikləri cinayətlərin cəzasını mütləq çəkəcəklər".
Ermənistan adlı dövlətin mahiyyətinin insanlıq əleyhinə təhlükə olduğu onu idarə edənlərin dilindən bəyan edilməsi ilə öz təsdiqini tapır.
Ermənistanı idarə edən keçmiş rəhbərlərinin yayılan bəyanatları onların faşist ruhunu, yaratmağa çalışdıqları dövlətin isə bu ruhu yaşatmaq üçün bir alət olduğunu göstərir. Xocalı soyqırımını törətdiklərini öz dili ilə etiraf edən Serj Sarkisyan, AŞPA-dakı çıxışı ilə "etnik uyğunsuzluq" tezisi irəli sürən Köçəryan, "Yerkrapa" adlı terror təşkilatı qarşısında çıxış edərək azərbaycanlılara qarşı etnik təmizlik apardıqlarını etiraf edən Levon Ter-Petrosyan kimi üçlük və onların idarəsindəki Ermənistanın gələcək planlarının ilk növbədə Azərbaycan dövləti, sonra isə onların əməllərinin insanlıq əleyhinə təhlükəliliyi baxımından region, sonra isə dünyada president yaratması baxımından nə dərəcədə təhlükəli olduğu indi də aktuallığını itirməyib. Ermənistan mövcudluğu ilə təhlükə mənbəyidir. Onu yaradanların əlində oyuncaq olan Ermənistanın mahiyyəti elə buna hesablanıb.
Petrosyanın əsrlərlə planlaşdırılan ideyalarının həyata keçirilməsi fikri onu göstərir ki, bu toplum ancaq ətrafına təhlükə yaymaq barədə planlar cızıb, imkan tapan kimi həyata keçirib, həm də xüsusi amansızlıq və vəhşətlə. "Demokrat" və "liberal" cildinə girmiş Petrosyanın etirafları əslində bütün erməni toplumunun istəyi və arzusudur.
Ətrafına qarşı münasibəti erməni toplumunun gələcəyinin olmadığını göstərir. Çünki bu toplum sivil insan qanunları ilə yox, vəhşi dünya qanunları ilə yaşamağı seçib. Gələcəklərini özləri seçən erməni toplumunun yaşayacağı aqibət də onların seçiminə görə olacaq. Vəhşi toplumun sivil dünya ilə təmasından ancaq, ya təkamülə uğrayıb həyatda qalmaq, ya da bu mübarizədən məhv olmaqla çıxmaq olar. Seçim onlarındır.
Azər Qasımov