“Prezident İlham Əliyevin fikirləri sabahımızla bağlı yol xəritəsi kimi dəyərləndirilməlidir” Siyasət

“Prezident İlham Əliyevin fikirləri sabahımızla bağlı yol xəritəsi kimi dəyərləndirilməlidir”

“Cənab Prezident müsahibəsində Türk Dövlətləri Təşkilatının (TDT) güclənməsi, yeni bir platforma kimi dünyaya təqdim edilməsi məsələsini də ayrıca vurğuladı. Həmçinin Ermənistanla münasibətlər, özəlliklə də Qərbi Azərbaycan İcmasının (QAİ) bir faktor kimi dilə gətirilməsi və Ermənistan hakimiyyətinin bu İcma ilə danışıqlara başlamalı olduğunun vurğulanması ayrıca qeyd edilməlidir”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət söyləyib.

Siyasi şərhçi əlavə edib ki, Zəngəzur dəhlizi məsələsi də diqqətdən yayınmadı: “Müsahibədə, eyni zamanda, Azərbaycan-Rusiya münasibətləri və bu münasibətlərdə son hadisəyə, yəni təyyarəmizin vurulmasına diqqət çəkildi. Mənə elə gəlir ki, cənab Prezidentin yerli kanallara müsahibəsində söylədiyi fikirlər həm bu günə kimi olan fəaliyyətlərə verdiyi qiymət, həm də sabahımızla bağlı yol xəritəsi kimi dəyərləndirilməlidir”.

Röya İsrafilova