Azərbaycanla Mərakeş arasında hərbi əməkdaşlıq Sazişi təsdiqlənib Siyasət

Azərbaycanla Mərakeş arasında hərbi əməkdaşlıq Sazişi təsdiqlənib

“Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

“Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş” 2024-cü il oktyabrın 30-da Rabat şəhərində imzalanıb.