Hakan Fidan Türkiyənin Aİ-yə üzvlük perspektivindən danışıb Siyasət

Hakan Fidan Türkiyənin Aİ-yə üzvlük perspektivindən danışıb

"Türkiyə Aİ-də tam üzvlük perspektivinə dəstək versə də, Aİ tərəfindən bunu görmürük”.

APA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan yerli və beynəlxalq media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

“Türkiyə 2008-2010-cu illərdə Aİ-yə tam üzv olsaydı, bu gün necə Aİ görə bilərdi? Bu cür suallar çoxdur. Aİ-də isə bu illər ərzində Türkiyə tamhüquqlu üzv olmasın deyə cəhdlər davam etdi. Hazırda 27 ölkəli Aİ-də Türkiyə ilə əlaqəli mövzular kiçik texniki səbəblərlə gecikdirilir. Türkiyə-Aİ üzvlüyündə ortaya çıxarılan kiçik əngəllər böyük stratejik nailiyyətlərə mane olur”,-deyə nazir əlavə edib.