"Paşinyan əslində ikinci yumruqdan çox qorxur" Siyasət

"Paşinyan əslində ikinci yumruqdan çox qorxur"

Ermənistan reallıqlardan tarixi həqiqətləri gizlətməkdə qaçmaq istəyir. Tarixi gerçəklik isə Ermənistan ərazilərinin tarixi Azərbaycan əraziləri olması reallığıdır. Paşinyan verdiyi açıqlama ilə Azərbaycan və Ermənistan ərazilərinin sərhədlərini öz aləmində çıxıb.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.

Onun sözlərinə görə, Paşinyan Qərbi Azərbaycan anlayışının nədən ibarət olduğunu göstərmək istəyib. Amma onu başa düşməyib ki, bu reallıq onun istəyi ilə həll olunmur. Bu reallıq Azərbaycanın əzəli torpaqlarında azərbaycanlılar məskunlaşandan sonra öz həllini tapmalıdır:

"Paşinyanın açıqlamaları ilə onlaın guya Azərbaycan ərazilərini bildikləri üçün onda gözü olmadıqlarını demək istəyib. Amma 2020-ci ildən öncəki açıqlamaları yadından çıxıb. Azərbaycan ərazilərinin onların olduğunu deyib nöqtə qoyduğu vaxtlar yadından çıxıb. Başlarına dəmir yumruq dəyəndən sonra demokrata çevrilən Paşinyan əslində ikinci yumruqdan çox qorxur. Amma buna baxmayaraq silahlanmağa da davam edir. Bütün bunlar Ermənistanın əyani şəkildə sülhə hazır olmadığını göstərir.

Azərbaycan tarixi torpaqlarının Ermənistanda qalması şərti ilə maneəsiz keçid istəyir. Ermənistan bunu yaxşı anlamalıdır. Əks halda Ermənistanın qorxuları real olacaq".

Cavid