Bələdiyyə seçkilərində səyyar qutular ayrılacaq Siyasət

Bələdiyyə seçkilərində səyyar qutular ayrılacaq

Azərbaycanda yanvarın 29-da keçiriləcək Bələdiyyə seçkilərində seçki məntəqələrinə gəlmək imkanı olmayan seçicilər üçün səyyar qutular ayrılacaq.

Bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

"Bu proses Seçki Məcəlləsinin tələbinə uyğun olaraq həyata keçiriləcək. Eyni zamanda, hərəkət qabiliyyəti məhdud olan şəxslər məntəqələrdəki pandusların köməyi ilə məntəqəyə daxil olub, səsvermə hüququndan istifadə edə biləcəklər".