Vuçiç “2 ay” demişdi: Bakı 3 günə həll edəcək! Siyasət

Vuçiç “2 ay” demişdi: Bakı 3 günə həll edəcək!

12:48

Azərbaycan qazının Serbiyaya tədarükünün yanvarın 15-də bərpa oluna biləcəyi gözlənilir.

Xalqcebhesi.az xəbər verir ki, bunu Trend-ə bazar günü enerji bazarındakı məlumatlı mənbə "Şahdəniz Alfa" platformasında yaranmış texniki problemlə əlaqədar tədarükün dayandırılmasını şərh edərkən bildirib.

“Platformadakı nasazlıqla bağlı təmir işləri yaxın günlərdə başa çatdırılmalıdır, bundan sonra Serbiyaya tədarük bərpa oluna bilər. Yanvarın 15-də tədarükün bərpası gözlənilir”, - mənbə vurğulayıb.

Qeyd edək ki, “Şahdəniz Alfa” platforması ilə Səngəçal terminalı arasında sualtı kondensat ixrac xəttində yaranan texniki problem səbəbindən Serbiyaya qaz ixracı müvəqqəti dayandırılıb.

Bundan əvvəl Serbiya Prezidenti Aleksandr Vuçiç texniki problemlərin aradan qaldırılmasına 1-2 ay vaxt lazım ola biləcəyini bildirmişdi.