ABŞ Rusiya və Çin maşınlarını qadağan etdi
14 Yanvar 23:35
“Fransa və Əlcəzair arasındakı münasibətlərin pisləşməsi nə bu günün, nə də dünənin insidentidir. Bu gün baş verən hadisələr, siyasi və tarixi köklərə malikdir. Gəlin tarixə nəzər salaq. Fransa və Əlcəzair arasındakı tarixi gərginlik, hələ Fransanın 1830-cu ildən Əlcəzairi işğal etdiyi və bu dövr ərzində yerli əhalini assimilyasiya etməsi və mədəni irsini, dilini, dinini məhv etmək cəhdlərinin aparılmasının nəticəsidir”.
Bunu Xalqcebhesi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu söyləyib.
Politoloq qeyd edib ki, bu dövr ərzində milyonlarla əlcəzairlinin payına Fransa tərəfdən məhbusluq həyatı və ölüm payı düşdü: “1945-ci il hadisələri: İkinci Dünya müharibəsindən sonra Fransa qoşunları Əlcəzairin Setif və Guelma qəsəbələrində 45 mindən çox günahsız, əliyalın insanı qanına qəltan edib. Bu hadisələr hər zaman əlcəzairlilərin mübarizəsi ilə davam edib və Əlcəzair 1962-ci ildə müstəqilliyini qazanıb. 1960-1978-ci illər ərzində 17 atom bombası ataraq, nüvə sınaqları: Fransa Əlcəzairdə nüvə sınaqlarını həyata keçirdi. Bu sınaqlar zamanı 18 min hərbçi və mülki şəxsə ziyan dəydi. Əlcəzair hökuməti bu sınaqlarla bağlı kompensasiya tələb etdi. Bu məsələlər Əlcəzair-Fransa münasibətlərini daha da gərginləşdirdi. Diplomatik məsələlər: Son illər ərzində Əlcəzair-Fransa münasibətlərində diplomatik gərginliklərə səbəb olan bir çox amillər oldu. Əlcəzair Xarici İşlər Nazirliyi Fransanın diplomatik pasportu olan əlcəzairlilərin ölkəsinə vizasız gəlişinə icazə verən müqaviləyə yenidən baxmağa çağırıb. Sadaladığım bu səbəblər Əlcəzair və Fransa arasındakı münasibətlərin soyuqlaşmasına səbəb oldu”.
E.Telmanoğlu diqqətə çatdırıb ki, əslində bu iki ölkə arasında münasibətlər daim gərgin olub: “Bu günlərdə isə Fransa tərəfindən Əlcəzairə deportasiya edilən bloger Dualem (Doualemn) dərhal Fransaya qaytarılıb. Bununla da onsuz da gərgin olan Fransa-Əlcəzair diplomatik gərginliyi daha da dərinləşib. Böyük münaqişələrin təməli həmişə xırda qığılcımlardan başlayır. Bu qığılcımların ocaqlarının mənbəyi isə Fransanın tamahkar və neokolonializm xislətidir. Odur ki, vaxtı ilə Fransanın öz neomüstəmləkəsinə çevirdiyi dövlətlər artıq qara bulud kimi Fransa üzərinə çökməyə başlayıblar. Bu hadisələr onu göstərir ki, yaxın vaxtlarda Fransada onsuz da olmayan siyasi stabillik pozula bilər”.
Röya İsrafilova