Elin Süleymanov britaniyalı nazirlə görüşdü Siyasət

Elin Süleymanov britaniyalı nazirlə görüşdü

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Stiven Douhti ilə görüşüb.

Xalqcebhesi.az xəbər verir ki, görüşdə Azərbaycan-Böyük Britaniya arasında güclü tərəfdaşlıq, eləcə də daha geniş regional proseslər müzakirə edilib. Səfir Elin Süleymanov Böyük Britaniyanın COP29-un uğurla keçirilməsinə verdiyi dəstək və mühüm töhfələrinə görə minnətdarlığını ifadə edib.