"Ermənistan ABŞ strateji tərəfdaşlıq xartiyası Yerevani regionda təcrid edə bilər" Siyasət

"Ermənistan ABŞ strateji tərəfdaşlıq xartiyası Yerevani regionda təcrid edə bilər"

Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamadan, Türkiyə ilə normallaşma prosesinə getmədən ABŞ-la "strateji tərəfdaşlıq" xartiyasıni imzalaması danışıqlar prosesində mövqeyini gücləndirməsinə hesablanıb. Amma, bu siyasət siyasət Yerevanın əleyhinə işləyə bilər.

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, Ermənistan tərəfi praqmatik siyasət ortaya qoyarsa, Azərbaycanla sülh müqaviləsi bağlayarsa, bu sazişin Yerevan üçün müsbət nəticələri olacaq. Amma, regionda Azərbaycanla və Türkiyə ilə düşmən siyasəti davam etdirməsi, növbəti mərhələdə İranın da bu sazişə etiraz edəcək. Həmçinin Gürcüstanın avrointeqrasiya siyasətindən imtina etməsi Yerevanın hazırkı siyasətini dəstəkləməyəcək. Rusiya da Ermənistanla iqtisadi və enerji sahəsində əməkdaşlığı aşağı səviyyəyə salacaq. Ermənistan bütün qonşularla düşmən olub, okeanın otayı ilə iqtisadi -siyasi və təhlükəsizlik sahəsində əməkdaşlığı mümkün deyil:

"Ümumiyyətlə, belə bir sazişdən ABŞ-la Gürcüstan arasında bağlanıb. Ermənistan hakimiyyəti eyforiyaya girib hərbi təxribatlara əl atarsa, bunun mənfi nəticələri olacaq".

Cavid