XİN rəhbəri: USAİD-in Azərbaycanda fəaliyyət göstərməsinin hüquqi əsası yoxdur Siyasət

XİN rəhbəri: USAİD-in Azərbaycanda fəaliyyət göstərməsinin hüquqi əsası yoxdur

De-yure olaraq 1 iyun 2024-cü il tarixdən etibarən ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycanda fəaliyyət göstərməsinin hüquqi əsası yoxdur.

Xalqcebhesi.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, USAİD-in Azərbaycanda təmsilçiliyinin də heç bir əsası yoxdur: "Onların (USAİD) fəaliyyətinin tam olaraq dayandırılmasının vaxtı yetişib".