“Ermənistan imperialistlərə kölə olmaq siyasətini davam etdirir” Siyasət

“Ermənistan imperialistlərə kölə olmaq siyasətini davam etdirir”

“Ermənistan ilə ABŞ arasında imzalanan strateji müttəfiqlik müqaviləsi əslində yaxın günlərdə işsiz qalacaq Demokrat Partiyasının administrasiyasının üzvləri üçün bir lobbiçilik həmləsidir. Çünki biz çox yaxşı bilirik ki, Trampla Baydenin Ermənistan və Cənubi Qafqaz siyasətində kəskin dəyişikliklər olacaq”.

Bunu Xalqcebhesi.az-a açıqlamasında politoloq Kazım Kazımov deyib.

K.Kazımov əlavə edib ki, bunu da unutmamaq lazımdır ki, bu müqavilə Ermənistan üçün çox da bir şeylər qazandırmayacaq: “Onsuz da Ermənistan illərdir ki, Qərbi Cənubi Qafqaza çəkməyə çalışır. Təəssüflər olsun ki, Avropa İttifaqı missiyası da monitorinqlərini sərhədlərimizdə davam etdirir. Hətta mən hesab edirəm ki, bu, Ermənistanın Rusiya və İranla münasibətlərini daha da pisləşdirə bilər. Regionun ölkəsi Tbilisi tərəfləri, yəni İrəvanla Bakını görüşdürsün. Lakin Ermənistan hələ də bu adekvat təklifə cavab verə bilmir və özünün imperialistlərə kölə olmaq siyasətini davam etdirir”.

Röya İsrafilova