Pezeşkian Putinlə razılaşdı: Rusiya və İrana hücum olarsa...
17 Yanvar 23:25
17 Yanvar 23:25
17 Yanvar 18:59
17 Yanvar 18:02
17 Yanvar 17:35
Bir neçə müddətdir Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi (DGK) və Dövlət Vergi Xidmətinin birləşdiriləcəyi ilə bağlı fikirlər səsləndirilir. Bu qurumların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibinə qatılacağı, nazir Sahil Babayevin isə yeni yaradılan supernazirliyə rəhbər gətiriləcəyi iddia edilir. Başqa bir iddiaya görə isə yeni yaradılacaq nazirliyə sürpriz şəxs gətirilə bilər.
Xalqcebhesi.az xəbər verir ki, Globalinfo.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bu məsələ ilə bağlı bir qədər gözləməyə üstünlük verdiyini qeyd edib.
O, daha öncə də adıçəkilən qurumların birləşdirilməsini təklif etdiklərini xatırladıb:
“Əslində, illərdir təklif edirik ki, Dövlət Vergi Xidməti, DGK birləşdirilməli və bir mərkəzdən idarə olunmalıdır. Çünki ikisi də ölkənin büdcəsinə daxil olan vəsaitlərin əsas mənbəyidir. Ona görə də birləşdirilməsi yaxşı olar”.