Təşkilat rəhbəri: Fransaya qarşı mübarizəmizi davam etdirməli, bütün müstəmləkə ərazilərindən qovmalıyıq Siyasət

Təşkilat rəhbəri: Fransaya qarşı mübarizəmizi davam etdirməli, bütün müstəmləkə ərazilərindən qovmalıyıq

"Biz formal "müstəqillikdən" azad olmaq istəyirik. Başqa məqsədimiz yoxdur. Fransaya qarşı mübarizəmizi davam etdirməli və bu ölkəni bütün müstəmləkə ərazilərindən qovmalıyıq".

APA xəbər verir ki, bunu Müstəqillik Uğrunda "Ka Ubuntu" təşkilatının rəhbəri Romain Katambara Bakıda keçirilən "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda beynəlxalq konfransda söyləyib.

Natiq əlavə edib ki, Qərb imperializminin dominatlığından azadlıq müstəmləkə dövlətləri üçün önəmli xarakter daşıyır: "Bizim təşkilatımız Afrikadakı müstəmləkələrin müstəqilliyi uğrunda mübarizə aparır. Bizim üçün ən vacib məqam formal "müstəqillikdən" azad olmaq və real müstəqilliyi əldə etmək, eləcə də imperializmə qarşı effektiv mübarizə aparmaqdan ibarətdir. Bizim burada olmağımız Fransaya qarşı apardığımız mübarizəmiz baxımından vacibdir. Fransa müstəmləkə altında saxladığı ölkələrdə gərginlik yaradır. Uzun illərdir bizim xalqımız, ata-babalarımız müstəqillik uğrunda mübarizə aparıb. Biz çalışırıq ki, "Ka Ubuntu"nun həmin hərəkatın davamçısı olduğunu göstərək. Panafrikaçılıq hərəkatı Aftika xalqlarına müstəqillik qazanmağa imkan verən bir hərəkatdır. Reyunion olaraq çalışırıq ki, müstəqil dünya dövlətlərinin sırasına daxil olmaqla, Qərb imperializminin dominatlığından azad olaq. Bizim ölkəmiz Fransa üçün öz təsir gücünü qoruyub saxlamağa xidmət edən bir ölkədir. Fransa Madaqaskar adalarını hələ də əlinin altında saxlayır. Fransa bu gün demokratiya və insan hüquqları ölkəsi olduğunu deyir, amma bu belə deyil. "Ka Ubuntu" təşkilatı müstəmləkə ölkələrinin müstəmləkə şəraitindən xilasına çalışır. Hesab edirik ki, biz Fransaya qarşı mübarizəmizi davam etdirməli və bu ölkəni bütün müstəmləkə ərazilərindən qovmalıyıq. Bizim onların idarəçiliyinə ehtiyacımız yoxdur. Biz xalqımız üçün təhsil və səhiyyə hüquqlarının təmin olunmasına çalışırıq".