Əli Əsədov Türkiyənin vitse-prezidentinə başsağlığı verib Siyasət

Əli Əsədov Türkiyənin vitse-prezidentinə başsağlığı verib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 21-də Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaza başsağlığı məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən Xalqcebhesi.az-a verilən xəbərə görə, Əli Əsədov Türkiyənin Bolu vilayətində yerləşən xizək mərkəzində baş verən yanğın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbəri dərin kədər hissi ilə qarşıladığını bildirib.

Bu ağır faciə ilə əlaqədar Türkiyənin Vitse-prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, bütün yaralılara şəfa diləyib.