Azərbaycan-Oman parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu yaradılır Siyasət

Azərbaycan-Oman parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu yaradılır

Azərbaycan-Oman Sultanlığı parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu yaradılır.

Bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilən Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə” qərar layihəsində əksini tapıb.

Layihəyə əsasən, deputat Salmanova Səbinə Azərbaycan-Oman Sultanlığı parlamentlərarası əlaqələr üzrə İşçi Qrupuna rəhbər təklif edilir.