İlham Əliyev 3 fərman və 1 sərəncam imzaladı Siyasət

İlham Əliyev 3 fərman və 1 sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1073-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 485 (Cild I); 2024, № 2, maddə 145, № 3, maddə 262, № 7, maddə 826) ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nın IV hissəsinin 17-ci bəndinin “Dövlət sirrinə aid edilən məlumatlar” sütunu aşağıdakı redaksiyada verilsin:

“17. Dövlət müdafiə sifarişi planlarını (tapşırıqlarını), silah, hərbi texnika və digər hərbi məhsulların buraxılmasını və göndərilməsini (pul və ya natura ifadəsində), istehsal həcmini, onların buraxılışının istehsal gücünü açıqlayan məlumatlar. Müəssisələr (istehsalçı) tərəfindən silah, hərbi texnika və digər hərbi məhsulların işlənib hazırlanması, istehsalı (istehsalının dislokasiyası), ixracı, satışı, habelə onların istehsalının, ixracının, satışının təşkili barədə, eləcə də həmin müəssisələrin (istehsalçının) qeyd olunanlarla bağlı kooperasiya üzrə əlaqələri və onların maliyyə hesabatları haqqında məlumatlar”.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 oktyabr tarixli 761 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 oktyabr tarixli 761 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 10, maddə 1226 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 dekabr tarixli 253 nömrəli Fərmanı) 5-ci hissəsində “202” rəqəmləri “212” rəqəmləri ilə, “867” rəqəmləri “926” rəqəmləri ilə əvəz edilsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 899 (Cild I); 2024, № 4, maddə 373, № 6 (I kitab), maddələr 654, 675, № 8, maddə 948) ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nın 48-ci hissəsinin sonundan nöqtə işarəsi çıxarılsın və aşağıdakı məzmunda 49-cu hissə əlavə edilsin:

“49. Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti.”.

2. Bu Fərman 2024-cü il sentyabrın 1-dən tətbiq edilir.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” 2021-ci il 22 iyun tarixli 1375 nömrəli, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1756 nömrəli, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1757 nömrəli, “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2023-cü il 26 may tarixli 2151 nömrəli, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2024-cü il 1 aprel tarixli 25 nömrəli və “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2024-cü il 10 iyul tarixli 134 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 6 (I kitab), maddə 590 (Cild I); 2024, № 4, maddə 373) ilə təsdiq edilmiş “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 3.1.16-1 – 3.1.16-3-cü və 4.7.7-1-ci yarımbəndlər əlavə edilsin:

“3.1.16-1. idarə etdiyi çoxmənzilli binaları isti su və istiliklə təchiz etmək, həmin binaların istilik enerjisinə tələbatının ödənilməsini təmin etmək;

3.1.16-2. tikintisini təşkil etdiyi çoxmənzilli binaların idarə edilməsi, ümumi əmlakının (o cümlədən liftlərin) saxlanılması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqq daxil olmaqla, yaşayış sahəsinin saxlanılmasına və təmirinə görə müqavilə ilə müəyyən edilmiş məbləğdə haqq almaq;

3.1.16-3. müvafiq ərazidə müqavilə əsasında isti su və istilik təchizatı xidmətləri göstərmək və bu xidmətlərə görə müqavilə ilə müəyyən edilmiş məbləğdə haqq almaq (o cümlədən bu Nizamnamənin 3.1.16-1-ci yarımbəndində göstərilən hallarda);”;

“4.7.7-1. bu Nizamnamənin 3.1.16-2-ci və 3.1.16-3-cü yarımbəndlərində göstərilən müqavilələr üzrə haqların məbləğlərini təsdiq etmək;”.

2. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 iyul tarixli 1756 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 745 (Cild I); 2024, № 4, maddə 373) ilə təsdiq edilmiş “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.1.5-ci və 3.1.11-ci yarımbəndlərə “haqq” sözündən əvvəl “müqavilə ilə müəyyən edilmiş məbləğdə” sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 4.7.7-1-ci yarımbənd əlavə edilsin:

“4.7.7-1. bu Nizamnamənin 3.1.5-ci və 3.1.11-ci yarımbəndlərində göstərilən müqavilələr üzrə haqların məbləğlərini təsdiq etmək;”.

3. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 iyul tarixli 1757 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 746 (Cild I); 2024, № 4, maddə 373) ilə təsdiq edilmiş “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3.1.5-ci və 3.1.11-ci yarımbəndlərə “haqq” sözündən əvvəl “müqavilə ilə müəyyən edilmiş məbləğdə” sözləri əlavə edilsin;

3.2. aşağıdakı məzmunda 4.7.7-1-ci yarımbənd əlavə edilsin:

“4.7.7-1. bu Nizamnamənin 3.1.5-ci və 3.1.11-ci yarımbəndlərində göstərilən müqavilələr üzrə haqların məbləğlərini təsdiq etmək;”.

4. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 may tarixli 2151 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 5, maddə 655 (Cild I); 2024, № 4, maddə 343, № 7, maddə 794) ilə təsdiq edilmiş “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

4.1. 3.1.5-ci və 3.1.11-ci yarımbəndlərə “haqq” sözündən əvvəl “müqavilə ilə müəyyən edilmiş məbləğdə” sözləri əlavə edilsin;

4.2. aşağıdakı məzmunda 4.7.7-1-ci yarımbənd əlavə edilsin:

“4.7.7-1. bu Nizamnamənin 3.1.5-ci və 3.1.11-ci yarımbəndlərində göstərilən müqavilələr üzrə haqların məbləğlərini təsdiq etmək;”.

5. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 aprel tarixli 25 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 4, maddə 372) ilə təsdiq edilmiş “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

5.1. 3.1.6-cı və 3.1.12-ci yarımbəndlərə “haqq” sözündən əvvəl “müqavilə ilə müəyyən edilmiş məbləğdə” sözləri əlavə edilsin;

5.2. aşağıdakı məzmunda 4.7.7-1-ci yarımbənd əlavə edilsin:

“4.7.7-1. bu Nizamnamənin 3.1.6-cı və 3.1.12-ci yarımbəndlərində göstərilən müqavilələr üzrə haqların məbləğlərini təsdiq etmək;”.

6. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli 134 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 7, maddə 793) ilə təsdiq edilmiş “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

6.1. 3.1.5-ci və 3.1.11-ci yarımbəndlərə “haqq” sözündən əvvəl “müqavilə ilə müəyyən edilmiş məbləğdə” sözləri əlavə edilsin;

6.2. aşağıdakı məzmunda 4.7.7-1-ci yarımbənd əlavə edilsin:

“4.7.7-1. bu Nizamnamənin 3.1.5-ci və 3.1.11-ci yarımbəndlərində göstərilən müqavilələr üzrə haqların məbləğlərini təsdiq etmək;”.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin”.