Leyla Əliyeva Davosda - Foto Siyasət
- 20:23
- 567
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Baku Media Mərkəzinin rəhbəri Arzu Əliyeva yanvarın 23-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “İnnovasiya və əməkdaşlıq vasitəsilə dayanıqlılığın sürətləndirilməsi” mövzusunda tədbirdə iştirak ediblər.
Xalqcebhesi.az xəbər verir ki, tədbirdə çıxış edən Leyla Əliyeva regiondakı ekoloji problemlərə toxunub, xüsusilə Xəzər dənizində ekoloji vəziyyətin təcili diqqətə ehtiyacı olduğunu bildirib. Qeyd edib ki, son 10 ildə Xəzər dənizinin səviyyəsinin kəskin azalması müşahidə olunur. O, Xəzərin dünyanın ən böyük gölü olduğunu və dünya göllərinin ümumi su ehtiyatlarının 40 faizindən çoxunu təşkil etdiyini vurğulayaraq, onun nadir ekosistemi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Xəzər dənizində müşahidə olunan problemlərin bir sıra canlıların, o cümlədən Xəzər suitisi, nərə və qızılbalıq kimi qiymətli balıq növlərinin populyasiyasına mənfi təsir etdiyini bildirib. Xüsusilə Xəzər suitilərinin sayının əhəmiyyətli dərəcədə azaldığını qeyd edib və bu növün qorunmasının vacibliyini vurğulayıb.
Həmçinin Xəzər dənizində müşahidə olunan kompleks problemlərin elmi şəkildə öyrənilməsi, monitorinqi və onların mümkün həlli yollarına dair təkliflərin irəli sürülməsi məqsədilə IDEA tərəfindən COP29-da təqdim olunan Xəzər Dənizi Tədqiqat Mərkəzinin yaradıldığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Mərkəzin regional əməkdaşlığı gücləndirməyə və Xəzər dənizinin gələcək davamlılığını təmin etməyə töhfə verəcəyi qeyd olunub.
Çıxışının yekununda Leyla Əliyeva Xəzər dənizinin nadir ekoloji sisteminin qorunması naminə davamlı monitorinq və təhlillərin aparılmasının, elmi tədqiqatların dəstəklənməsinin vacibliyini vurğulayaraq, beynəlxalq ekspertləri, tədqiqat mərkəzlərinin nümayəndələrini və digər maraqlı tərəfləri bu istiqamətdə birgə layihə və təşəbbüslərlə çıxış etməyə, əməkdaşlıq qurmağa çağırıb.
Qeyd edək ki, dövrün ən aktual problemlərinə innovativ həll yollarını araşdırmaq üçün uzaqgörən liderləri, innovatorları və maraqlı tərəfləri bir araya gətirən tədbirdə müxtəlif ölkələrdən müvafiq sahədə fəaliyyət göstərən təşkilatların yüksəksəviyyəli nümayəndələri çıxış ediblər.
-
Meymunçiçəyinə yoluxan şəxslə bağlı şok: Cinsi əlaqə zamanı...
-
Trampın Cənubi Qafqazla bağlı siyasəti... - Rusiya XİN
-
Türkiyədəki faciə ilə bağlı saxlanılanların sayı artdı
-
Bu, Rusiyanın uydurduğu nağıldır - Simonyan
-
“Qarabağ” - FKSB matçında 5-ci qol - Canlı
-
Nazir müavini Elnur Məmmədov Pakistanın XİN başçısı ilə görüşüb - FOTO
-
HAMAS yanvarın 24-də girovların ikinci qrupunun siyahısını İsrailə verəcək
-
Müharibənin həlli tamamən Rusiyadan asılıdır - Tramp
-
Bu şəxslərə yeni mənzillər veriləcək: 1,2 milyonluq layihə
-
Ukraynadan Rusiyaya mesaj: Nədənsə imtina etməliyik!
-
Tramp Rusiyanı hədələdi, Rutte sevindi
-
Şahmat dünya çempionatı Qətərdə keçiriləcək
-
ABŞ bu ölkə ilə sərhədə əlavə ordu yeridir
-
Hərbçimiz odlu silahdan açılan atəşdən öldü
-
Trampın çıxışından sonra neft ucuzlaşdı
-
Ukraynaya qoşunu yalnız bu halda göndərəcəyik - Latviya
-
Bu universitet 3 müəllim üçün 80 min xərcləyəcək
-
Türkiyə MB faiz dərəcəsini yenə endirdi
-
Hərbçilərə şad xəbər: Maaşlara əlavələr olunacaq!
-
Mirzoyan sülhdən danışdı: Uzun vaxt ala bilər
-
Lavrov Fidana başsağlığı verdi
-
Bu publik hüquqi şəxs ƏDV-dən azad edildi
-
Ceyhun Bayramov Belarus səfirini qəbul edib
-
"Çelsi" Qazaxıstanın gənclərdən ibarət millisinin hücumçusunu transfer edəcək
-
İraq ABŞ-İran təmaslarında vasitəçilik etməyə hazırdır
-
"Prius"la toqquşan maşın tərsinə çevrildi - Qəza anı
-
Bu nazirliyin Aparatının ştat vahidi artırıldı
-
Leyla Əliyeva Davosda - Foto
-
Bu məlumatlar da dövlət sirri sayılacaq
-
Paşinyan Rutte ilə sülh gündəmini müzakirə etdi
-
Bu komissiya 3 ildən sonra fəaliyyətini bərpa etdi
-
Ağdamın Xıdırlı kəndinə 30 milyon manat ayrıldı
-
Şamaxıda güclü qar: maşınlar yolda qaldı - Video
-
İlham Əliyev 3 fərman və 1 sərəncam imzaladı
-
İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərar...
-
Polis əməliyyat keçirdi: 11 nəfər saxlanıldı
-
Tramp Rusiya və Ukraynanın müharibədə itkilərini açıqladı
-
Zaxarova Mirzoyan-Lavrov görüşündən danışdı
-
Türkiyədə mədəndə partlayış baş verdi
-
ABŞ-də işsizlik müavinəti üçün müraciətlər artıb
-
Qəribə görünə bilər, amma biz çox şəffafıq... - Paşinyan
-
Elə etməliyik ki, Putin sülh üçün yalvarsın - Duda
-
Qərb Rusiyadan qorxduğundan...
-
Suriyadan İrana xəbərdarlıq: Uzaq durun
-
AMB dövlət bankına icrası məcburi göstəriş verdi
-
Bu, təkcə Azərbaycanla deyil, Türkiyə ilə də... - Paşinyan
-
Qəzzada son 24 saatda dağıntılar altından 120 cəsəd çıxarılıb
-
Azyaşlının ölümünə səbəb olan həkim barədə hökm
-
AQTA sədri çay, duz, qənd və şəkər emalı, idxal-ixracı və istehsalı sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib
-
Lavaş emalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi müəyyən olunub
-
Bu məlumatı verən şəxsə təzyiq etmək qadağan olunur
-
İrəvan bu türk ölkəsi ilə saziş imzaladı
-
Tanınmışlara qarşı dələduzluq edənlər saxlanıldı
-
Bu məlumatın vaxtında verilməməsinə görə cərimə artırılır
-
Baş prokuror Qaradağda vətəndaşları qəbul edib
-
Bakıda keçmiş arvadını öldürməyə cəhd edən İran vətəndaşının məhkəməsi başlayıb
-
Davos İqtisadi Forumu: dividentlər və yeni fürsətlər
-
Binəqədidə külli miqdarda aksiz markasız siqaret aşkarlanıb
-
Nazir: Macarıstan Slovakiyaya qaz tədarük etməyə hazırdır
-
“Ali təhsil haqqında” qanunun hazırlanması üçün yeni İşçi Qrupun formalaşdırılması təklif edilib