"Paşinyanın Vaşinqtona işgüzar səfəri prosesi dəyişməyəcək" Siyasət

"Paşinyanın Vaşinqtona işgüzar səfəri prosesi dəyişməyəcək"

ABŞ dövlət katibi Marko Rubio ilə Türkiyə xarici işlər naziri Hakan Fidan arasında Yaxın Şərqdə baş verən siyasi, hərbi proseslər və Ermənistan Azərbaycan arasında sülh müqaviləsi müzakirə edilib. Göründüyü kimi, Ankara Ermənistan Azərbaycan məsələsini gündəmində saxlayır və Vaşinqtonla müzakirə etməklə, prosesin tam Ermənistanın leyhinə işləməsinə imkan vermir. Həmçinin dövlət katibi ilə Ermənistan Azərbaycan arasında sülh müqaviləsi məsələsini müzakirə etməsi, Ankaranın prosesdə aktiv rol aldığının mesajıdır.

Bunu Xalqcebhesi.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, ABŞ-ın yeni administrasiyası Cənubi Qafqaz siyasətini Türkiyə ilə kordinasiyalı davam etdirəcək. Bir neçə gün bundan əvvəl, Ermənistanın C. Bayden adminstrasiyasi ilə bağladığı "İkitərəfli strateji tərəfdaşlıq" sazişi birbaşa Vaşinqton -Yerevan dialoqunun formalaşmasına gətirməyəcək:

"Xüsusilə, Tramp administrasiyası Ankara ilə Ermənistan siyasətini uzlaşdıracaq.
Ona görə də Ermənistan ilk növbədə Azərbaycanla sülh müqaviləsi bağlamalı və Türkiyə ilə normallaşma prosesinə getməyə məcbur olacaq.

Ermənistanın Vaşinqtondan siyasi-hərbi gözləntiləri "arzu" olaraq qalacaq. ABŞ Ermənistana dövlət yardımlarinı dayandırıb. Həmçinin proses Azərbaycanla sülh müqaviləsi bağlamadan keçir. Paşinyanın Vaşinqtona işgüzar səfəri prosesi dəyişməyəcək".

Cavid