Sabah bələdiyyə seçkiləri ilə əlaqədar təşviqat dayandırılacaq Siyasət

Sabah bələdiyyə seçkiləri ilə əlaqədar təşviqat dayandırılacaq

Sabah bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başa çatacaq.

Seçki Məcəlləsinin 72.3, 74.1.5, 74.1.7, 75.2-ci maddəsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır .
Yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına yanvarın 6-dan başlanıb, yanvarın 28-i saat 08:00-da dayandırılacaq.