Penitensiar xidmətin və Tibb baş idarənin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları 10 faiz artırılıb Siyasət

Penitensiar xidmətin və Tibb baş idarənin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları 10 faiz artırılıb

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.