Məzahir Pənahov: Səsvermə başa çatdıqdan sonra protokollar əsasında ilkin nəticələri ictimaiyyətə çatdıracağıq Siyasət

Məzahir Pənahov: Səsvermə başa çatdıqdan sonra protokollar əsasında ilkin nəticələri ictimaiyyətə çatdıracağıq

Mərkəzi Seçki Komissiyası ən geci 20 gün müddətində bələdiyyə seçkilərinə yekun vurmalıdır.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, bu gün səsvermə başa çatdıqdan sonra seçki məntəqələrinin protokolları əsasında ilkin nəticələri ictimaiyyətə çatdıracaqlar: "Tam yekun nəticələr isə MSK bütün araşdırmaları başa çatdırdıqdan sonra ictimaiyyətə çatdırılacaq".