"Üçtərəfli Ankara Bəyannaməsi yeni hərbi paktın formalaşmasına gətirib çıxaracaq" Siyasət

"Üçtərəfli Ankara Bəyannaməsi yeni hərbi paktın formalaşmasına gətirib çıxaracaq"

Azərbaycan, Türkiyə və Özbəkistan Ankara Bəyannaməsi imzaladı. Bu üç türk ölkəsinin birgə Bəyannaməsi iqtisadi -siyasi əməkdaşlığı ehtiva edir. Hər üç ölkə növbəti mərhələ üçtərəfli müttəfiq bəyannaməsi imzalaya bilər. Həmçinin Türkiyə Azərbaycan və Mərkəzi Asiya Türk ölkələri ilə birgə hərbi əməkdaşlıq paktı imzalaya bilər.

Bunu Xalqcebhesi.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, yeni dünya siyasi nizamında Ankaranın çevik və strateji hədəfləri yeni hərbi pakt qurulmasıdir:

"Türkiyə, Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun əsas geosiyasi mövqelərini gücləndirərək əsas təsir zonasını formalaşdırir. Məhz Rusiya və İranın Azərbaycana təzyiqləri Türkiyə ilə birgə koordinasiyalı şəkildə siyasət aparmasından irəli gəlir. Növbəti mərhələdə Zəngəzur dəhlizinin açılması reallaşacaq.

Regional şərtlər və Ankaranın təzyiqləri Yerevanın geri addım atması ilə nəticələnə bilər. Ermənistan Avropa İttifaqının mülki missiyasını regionda mandatını uzatmasina baxmayaraq regionda proseslər Ankara-Bakl tandeminin formalaşdırdığı siyasətindən asılı olacaq".

Cavid