Gil Mihaeli: Əvvəllər Fransa Qərbdə Azərbaycan üçün ən yaxşı tərəfdaş idi Siyasət

Gil Mihaeli: Əvvəllər Fransa Qərbdə Azərbaycan üçün ən yaxşı tərəfdaş idi

"Azərbaycanın Fransaya qarşı münasibətinin hər zaman yaxşı olmasını istər Əlimərdan bəy Topçubaşovun arxivlərində, istərsə də mərhum Heydər Əliyevin 1993-cü ildə prezident vəzifəsinə seçildikdən sonra ilk xarici səfərini məhz bu ölkəyə etməsindən görə bilərdik".

APA xəbər verir ki, bunu "Conflicts" jurnalının direktoru Gil Mihaeli "Fransa və Ermənistan-Azərbaycan Münaqişəsi" adlı beynəlxalq konfransda deyib.
O həm də Minsk qrupunun həmsədri olan Fransanın Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılaşmanın imzalanmasında iştirak etdiyini xatırladıb:

"Əvvəllər Fransa Qərbdə Azərbaycan üçün ən yaxşı tərəfdaş idi. 1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs razılaşması imzalandı. Lakin bundan sonra Fransadakı erməni diasporu daha da fəallaşdı".