Əli Əsədov təyyarə qəzası zamanı axtarış-xilasetmə əməliyyatına görə qazaxıstanlı həmkarına təşəkkür edib Siyasət

Əli Əsədov təyyarə qəzası zamanı axtarış-xilasetmə əməliyyatına görə qazaxıstanlı həmkarına təşəkkür edib

“Fürsətdən istifadə edib AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasından sonra axtarış-xilasetmə əməliyyatının aparılmasında göstərdiyi operativ reaksiyaya görə Qazaxıstan hökumətinin başçısı Oljas Bektenova təşəkkür edirəm”.

Bunu Baş nazir Əli Əsədov Avrasiya hökumətlərarasə Şuranın iclasında deyib.

O, həmçinin fəlakətin səbəblərinin araşdırılmasında göstərdiyi köməyə görə Qazaxıstan baş nazirinə minnətdarlığını çatdırıb.

Qeyd edək ki, Azərbaycan iclasda qonaq kimi iştirak edir.