Aİ-nin Ermənistan-Azərbaycan şərti sərhədində avantürst addımları davam edir - VİDEO Siyasət

Aİ-nin Ermənistan-Azərbaycan şərti sərhədində avantürst addımları davam edir - VİDEO

Ermənistanda müşahidə missiyasını 2027-ci ilə qədər uzadan Avropa Birliyinin Azərbaycanla şərti sərhəddə avantürst addımları davam edir.

Xalqcebhesi.az xəbər verir ki, görüntülərdən aydın olur ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşdirilən AB-nin müşahidə missiyasının üzvləri binoklla Azərbaycan ərazilərini müşahidə edir. Kadrlardan da görünür ki, əraziyə yaxınlaşan missiya üzvləri müzakirələr aparırlar.

Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə izləyir.

Qeyd edək ki, missiya ilə bağlı dəfələrlə Azərbaycan tərəfi narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.