Bələdiyyələrin ana müxalifəti onlar oldu Siyasət

Bələdiyyələrin ana müxalifəti onlar oldu

Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində Ədalət, Hüquq və Demokratiya partiyasından qalib gələn namizədlərin sayı açıqlanıb.

Musavat.com xəbər verir ki, partiyanın 18 dairə üzrə 18 iddiaçısı qalib gəlib. Bununla da hakim Yeni Azərbaycan Partiyasından sonra seçkilərdə ən çox namizədi qalib gələn partiya ƏHD olub. Bu isə o deməkdir ki, bələdiyyələrdə ana müxalifət onlar olacaq.
Bütün bunlar barədə Musavat.com-a ƏHD sədrinin təşkilatı məsələlər üzrə müavini Niyaməddin Orduxanlı məlumat verib.

Məlumat üçün bildirək ki, 2019-cu ildə keçirilən bələdiyyə seçkilərində YAP-dan sonra ən çox namizədi qalib gələn partiya Ana Vətən Partiyası olmuşdu.