TDT Baş katibi: Azərbaycanda keçiriləcək növbəti sammit yeni təşəbbüslər üçün mühüm platformaya çevriləcək Siyasət

TDT Baş katibi: Azərbaycanda keçiriləcək növbəti sammit yeni təşəbbüslər üçün mühüm platformaya çevriləcək

Azərbaycanda keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) növbəti Zirvə görüşü yeni təşəbbüslər üçün mühüm platformaya çevriləcək.

Bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev AKİpress-ə müsahibəsində bildirib.

“2025-ci ildə bizim iki mühüm sammitimiz olacaq - Macarıstanda qeyri-rəsmi sammit və Azərbaycanda 12-ci rəsmi sammit. Bu iki mühüm sammit əsas qərarların müzakirəsi və Təşkilatın gələcək inkişaf istiqamətlərini müəyyən edəcək yeni təşəbbüslərin irəli sürülməsi üçün mühüm platformaya çevriləcək”,- Ömüralıyev qeyd edib.