Monqolustan və Azərbaycan XİN-ləri arasında məşvərət görüşü olub Siyasət

Monqolustan və Azərbaycan XİN-ləri arasında məşvərət görüşü olub

Ulan-Batorda Monqolustan və Azərbaycan Xarici İşlər nazirlikləri arasında ikinci siyasi məşvərət görüşü baş tutub.

Bu barədə Monqolustanın Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

Görüş Monqolustanın Xarici İşlər Nazirinin dövlət katibi Munxtuşiq Lxanaacav və Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun sədrliyi ilə keçirilib.

Tərəflər Monqolustan və Azərbaycan arasında qarşılıqlı siyasi və iqtisadi əlaqələrin mövcud vəziyyəti, həmçinin iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat, energetika, mədəniyyət və təhsil kimi qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

Bundan başqa, tərəflər regional və çoxtərəfli əməkdaşlıq məsələlərini, eləcə də 2025-ci il ərzində yüksək səviyyəli səfər, görüş və proqram mübadiləsinin təşkilini müzakirə ediblər.

Monqolustan və Azərbaycan XİN-ləri arasında məşvərət görüşü olub