Avropa Komissiyasının Baş Direktorluğu Azərbaycana maliyyə və texniki dəstək göstərəcək Siyasət

Avropa Komissiyasının Baş Direktorluğu Azərbaycana maliyyə və texniki dəstək göstərəcək

Avropa Komissiyasının yeni yaradılmış Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğu (DG ENEST) Aİ-nin genişlənmə və Şərq tərəfdaşlığı ölkələrinə, o cümlədən Azərbaycana maliyyə və texniki yardımının böyük hissəsini idarə edəcək.

Bu barədə Xalqcebhesi.az Avropa Komissiyasının məlumatına istinadən xəbər verir.

"Regional əməkdaşlıq və regional təşəbbüslər, o cümlədən namizəd ölkələrin İttifaqa üzvlük istiqamətində görülən işə müvafiq olaraq tədricən inteqrasiyası DG ENEST-in digər mühüm vəzifəsidir. Baş Direktorluq Aİ-nin genişlənmə, eləcə də Ermənistan, Azərbaycan və Belarus kimi Şərq qonşuluğu ölkələrinə maliyyə və texniki yardımının böyük hissəsini idarə edəcək", - məlumatda qeyd olunur.

Həmçinin AK-nın yeni strukturu Ukraynaya daimi və dayanıqlı dəstək göstərəcək, onun bərpası və yenidən qurulması istiqamətində işləri davam etdirəcək və Donor platformasına rəhbərlik edəcək.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Baş Direktorluğun yaradılması barədə 2024-cü ilin sentyabrında Komissarlar Kollegiyasının təqdimatında elan edib və komissiyanın rəsmi qərarı həmin ilin dekabrında mandatın əvvəlində qəbul edilib.