Yalçın Rəfiyev İranda İƏT iclasında iştirak edib Siyasət

Yalçın Rəfiyev İranda İƏT iclasında iştirak edib

Bugün Tehran şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Katibliyində İƏT xarici işlər nazir müavinləri səviyyəsində Yüksək Səviyyəli Komitə toplantısı keçirilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İƏT-in saytında məlumat dərc edilib.

İƏT Katibliyinin saytında yayılmış məlumata əssən, tədbirdə Azərbaycanın, İranın, Qırğızıstanın, Pakistansanın, Tacikistanın, Türkiyənin, Türkmənistanın və Özbəkistanın nümayəndə heyətlərinin başçıları iştirak ediblər. İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Yalçın Rəfiyev təmsil edib.

Toplantıda İƏT çərçivəsində əməkdaşlığın gücləndirilməsi və qurumun inkişafını təmin etmək istiqamətində birgə səylər vurğulanıb.

Eyni zamanda təşkilati islahatlar, maliyyə və büdcə məsələləri, Katibliyin işinin səmərəliliyinin artırılması və işə qəbul siyasətlərinin təkmilləşdirilməsi kimi vacib məsələlər müzakirə edilib.