Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı bu iddia yalan çıxdı Siyasət

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı bu iddia yalan çıxdı

AZAL-ın qəzaya uğrayan təyyarəsində oksigen balonunun partlaması ilə bağlı iddia təsdiqini tapmayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatda məlumat verilir.

“Oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər hansı bir məlumat qeyd olunmamışdır”, - hesabatda deyilir.

Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qroznıda Rusiya HHM sistemi vasitəsilə vurulub. Enişinə icazə verilmədiyindən Qazaxıstana üz tutan təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.