İlham Əliyev Ərdoğana məktub ünvanladı Siyasət
- 15:02
- 595
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.
Xalqcebhesi.az məktubun mətnini təqdim edir:
"Hörmətli cənab Prezident,
"Əziz Qardaşım,
İki il əvvəl Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində həyatlarını itirmiş bacı-qardaşlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla anır, onlara uca Allahdan rəhmət, doğmalarına və yaxınlarına səbir diləyirəm. Azərbaycan bu dəhşətli faciə ilə bağlı qardaş Türkiyənin dərdini bölüşür, kədərini birlikdə yaşayır. Azərbaycan hər zaman olduğu kimi bu ağır günlərdə də Türkiyənin yanında yer aldı, zəlzələ xəbərinin ilk dəqiqələrdən bir yumruq kimi bütün səviyyələrdə qardaş Türkiyənin ətrafında səfərbər oldu, əlindən gələn yardımı və dəstəyi əsirgəmədi. Həmin çətin günlərdə bütün Azərbaycan xalqının ürəyi Türkiyə ilə bir döyünürdü.
Bu gün güclü və qüdrətli Türkiyə dövləti Sizin rəhbərliyiniz altında fəlakətin nəticələrinin aradan qaldırılması, zərərçəkmiş bölgədə həyatın və iqtisadiyyatın dirçəldilməsi, insanların yeni evlər və iş yerləri ilə təmin olunması istiqamətində genişmiqyaslı quruculuq işləri həyata keçirir. Qardaşlıq və vəfa borcumuzun bir parçası olaraq Azərbaycanın da öz növbəsində Qəhrəmanmaraş vilayətində aparılan yenidənqurma və bərpa işlərinə töhfə verərək Türkiyənin yanında çiyin-çiyinə olmağından böyük fəxr və qürur hissi duyuruq.
“Bir millət iki dövlət” prinsipi əsasında həm sevincli, həm də kədərli günlərdə bir-birinə dayaq olan ölkələrimiz və xalqlarımız məhz çətin anlarda qarşılıqlı dəstək göstərərək qardaşlığını və həmrəyliyini sübut edirlər. Bu, həmişə belə olub və bu cür də davam edəcəkdir.
Əminəm ki, bir-birinə qırılmaz tellər ilə bağlı olan xalqlarımızın iradəsi ilə zamanın sınaqlarından çıxmış birliyimiz və strateji müttəfiqliyimiz daim yaşayacaq, ölkələrimizin rifahı və əmin-amanlığı naminə qarşıya qoyduğumuz hədəflərə çatmaq üçün birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Bu anım günündə bir daha Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".
-
Vətənə canını fəda edən oğulllarımız: Şəhid Tural Əmiraslanın həyat hekayəsi…
-
Gürcüstanda Saakaşvili ilə bağlı komissiya yaradıldı
-
Azərbaycanda bu kanalların yayımı dayandırılır
-
Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddəti uzadılıb
-
Muxtar Babayev vəzifəsindən azad edildi
-
Suriya lideri ilə mühüm qərarlar qəbul etdik - Ərdoğan
-
USAID-in gerçək siması: şeytan yuvasının missiyası əslində nədən ibarət olub?
-
Yelena Xaxaleva azadlığa çıxdı
-
Bakıda dəyişkən iş qrafiki tətbiq oluna bilər
-
ABŞ məhkəməsi Trampın transgender qərarını əngəllədi
-
Renat Dadaşov əsas heyətdən çıxarıldı
-
Kağız reseptlərdən istifadə ləğv ediləcək
-
Ağdərədə silah-sursat aşkar edilib - FOTO
-
1078-ci gün: Rusiyanın itkiləri yeniləndi
-
İran müəllimləri Pezeşkiana səsləndi: Trampla görüş!
-
Prezident fərman imzaladı
-
Azərbaycan Ukraynaya 1 milyon dollar ayırdı
-
Prezidentdən əmək pensiyaları ilə bağlı sərəncam
-
Vətəndaşların bank kartlarından 22,4 milyon talandı - DİN
-
Xankəndi-Ağdam yolunda qəza
-
Netanyahunun Trampa hədiyyəsi əsl sensasiya oldu
-
Tramp Qəzzaya səfər edəcək
-
İşə düzəltmək adı ilə vətəndaşları aldatdı, həbs olundu
-
ABŞ ordusunu Suriyadan çıxarır
-
ABŞ kəşfiyyatçılarını kütləvi şəkildə işdən çıxarır
-
Azərbaycanda bu xəstəxana cərimələndi
-
Paşinyandan adamlarını şoka salan tapşırıq…
-
15 yaşlı oğlan özünü öldürdü: Oyunda vaxt qoyublarmış - Şok
-
Azərbaycanda şagird dərs zamanı öldü
-
Ağır günlərdə Türkiyənin ətrafında səfərbər olduq
-
İlham Əliyev Ərdoğana məktub ünvanladı
-
Rusiya AZAL təyyarəsi ilə bağlı biabırçı bəyanatını "düzəltdi"
-
Ukrayna bu qədər əsgər itirib - Zelenski elan etdi
-
Fidandan şok: İsrailə yanaşmamız dəyişə bilər!
-
Gürcüstanda 49 deputatın mandatı ləğv edildi - Sensasiya
-
Suriyanın birinci xanımı ilk dəfə özünü göstərdi - Foto
-
Qanunvericiliyə “Azərbaycan işarət dili” anlayışı daxil edilir
-
Suriya PKK-nı məhv edəcək, əvvəl isə... - Fidan
-
Qəza ilə bağlı ilkin hesabat - Kremlin şərhi
-
İmişli və Saatlıda qaz olmayacaq
-
Ankaradan Trampa sərt reaksiya: Qəbuledilməzdir!
-
Rus aviasiyası Tu-214-lərin ilk partiyasını təhvil alacaq
-
Pezeşkianla görüşə bilərmi? - Trampın cavabı
-
AŞ Putinə qarşı Xüsusi Tribunal yaradır
-
Paşinyan: Hazırda sülh istədiyimizdən daha yaxındır
-
Tanınmış plastik cərrahın lisenziyası ləğv edildi
-
Sabah yağış yağacaq, külək əsəcək
-
Birinci Qarabağ müharibəsində itkin düşən daha 3 şəhidin dəfn mərasimi keçiriləcək - FOTO
-
Tramp göstəriş verdi: Bu halda İranı məhv edin!
-
Xamenei Hizbullah liderini Livandakı nümayəndəsi təyin etdi
-
Paşinyan: Ankara ilə çox aktiv danışıqlar gedir
-
Qəzanın ilkin hesabatı: Rus mediası, görün, necə yaydı
-
Pezeşkian xalqa “qənaət” müraciəti etdi
-
Paşinyan "artsax" bayraqlarını dirəyindən kəsdirir
-
"Bakı Fond Birjası"nın dövriyyəsi 10 mlrd. manatdan çox olub
-
Azərbaycanın hökumət missiyası Monqolustanda səfərdə olub
-
Avropada yanvarda təbii qaz 6%-ə yaxın bahalaşıb
-
Türk ordusu hərbi əməliyyata başlayır – Şara razılaşdı
-
O, Putinin yanını yalayır - Zelenski
-
Masallıda işıq olmayacaq