İnam Kərimov Keniyada Koomeninlə görüşdü Siyasət
- 19:00
- 616
Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti Keniya Respublikası Ali Məhkəməsinin sədri xanım Marta Koomenin dəvəti ilə fevralın 3-dən 5-dək bu ölkədə rəsmi səfərdə olub.
Ali Məhkəmədən Xalqcebhesi.az-a bildirilib ki, səfərin ilk günü Keniya Ali Məhkəməsində görüş keçirən nümayəndə heyəti ölkəmizdə məhkəmə sahəsində aparılan islahatlar barədə ətraflı məlumat verib. Azərbaycan məhkəmə sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, ədalət mühakiməsinə əlçatanlığın artırılması və vahid məhkəmə təcrübəsinin genişləndirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Qeyd edilib ki, hazırda məhkəmələrdə xidmətlərin elektronlaşdırılması sahəsində mütəmadi tədbirlər həyata keçirilir, eləcə də süni intellektin tətbiqi istiqamətində işlər gücləndirilir.
Görüşdə həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin təşəbbüsü ilə “Elektron məhkəmə” informasiya sisteminin təkmilləşdirilməsi çərçivəsində görülən işlərlə bağlı geniş təqdimat keçirilib. Ölkəmizin məhkəmə təcrübəsi ətrafında fikir mübadiləsi aparılıb.
Xanım Marta Koomenin isə öz növbəsində Keniya məhkəmə sisteminin fəaliyyəti, rəqəmsallaşma, proseslərin təşkilində informasiya texnologiyalarının tətbiqi sahəsində görülən işlər barədə məlumat verib. İki ölkənin məhkəmə sistemi arasında qarşılıqlı əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Səfər zamanı nümayəndə heyəti Keniyanın əsas məhkəmə institutlarına, o cümlədən Milimani Məhkəmələr Kompleksindəki Milli Transkripsiya Mərkəzi və İnzibati Məhkəmə Xidmətləri Mərkəzinə baş çəkib. Həmçinin Transsərhəd və Terrorla Mübarizə sahəsində ixtisaslaşmış Kahava Məhkəməsi ziyarət olunub, Keniya Vəkillər Kollegiyasının rəhbər şəxsləri ilə görüş keçirilib. Məhkəmə-hüquq sahəsində qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Nümayəndə heyəti Azərbaycan Respublikasının Nayrobidəki səfirliyini də ziyarət edib.
Qeyd edək ki, görüşlərdə Azərbaycan Respublikasının Keniyadakı səfiri Sultan Hacıyev də iştirak edib.
-
Azərbaycan torpaqlarını ayıran müqavilə - Türkmənçay müqaviləsi
-
Əsas qeyri-neft ixrac məhsulumuz - qızıl
-
Bakıda metro vaqonuna su dammasının səbəbi
-
Ərdoğan Ştaynmayerlə qapalı görüş keçirdi
-
ABŞ Çindən bağlamaların da qəbulunu dayandırır
-
Daha iki avtobus marşrutu müsabiqəyə çıxarılır
-
"Neftçi" qalib gəldi, "Sabah"dan bərabərlik
-
Qazaxıstanda təyyarə sərt eniş etdi
-
Əkrəm İmamoğlu 7 il müddətinə həbs edilə bilər
-
Bu ölkədən vasitəçilik: Rusiya-Ukrayna 150 nəfəri mübadilə etdi
-
“Birləşmiş Ştatlar daxilində başlayan proses Avropa İttifaqına da keçəcək”
-
Əməkhaqqının artırılması nə qədər insanı əhatə edəcək?
-
Rusiyaya adi silahlarla da hücum olsa... - Putindən yeni addım
-
Bu ölkə də ÜST-ü tərk etdi
-
Azərbaycanla Somali arasında məsləhətləşmələr aparıldı
-
Azərbaycan iqtisadiyyatı 2025-ci ildə neçə faiz böyüyəcək?
-
Pensiya artımları bu formada ödəniləcək - Rəsmi
-
Zəlzələnin vurduğu ziyan nə vaxt aradan qaldırılacaq? - Masatlı
-
Ruhuna salam olsun!..
-
Bizə “Nürnberq prosesi” lazımdır - Kobaxidze
-
İnam Kərimov Keniyada Koomeninlə görüşdü
-
Azərbaycanda bu iki nazir postu boşdur
-
Şahnaz Bəylərqızı saxlanıldı
-
“Kənddən-şəhərə” yarmarkası keçiriləcək
-
Vətənə canını fəda edən oğulllarımız: Şəhid Tural Əmiraslanın həyat hekayəsi…
-
Gürcüstanda Saakaşvili ilə bağlı komissiya yaradıldı
-
Azərbaycanda bu kanalların yayımı dayandırılır
-
Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddəti uzadılıb
-
Muxtar Babayev vəzifəsindən azad edildi
-
Suriya lideri ilə mühüm qərarlar qəbul etdik - Ərdoğan
-
USAID-in gerçək siması: şeytan yuvasının missiyası əslində nədən ibarət olub?
-
Yelena Xaxaleva azadlığa çıxdı
-
Bakıda dəyişkən iş qrafiki tətbiq oluna bilər
-
ABŞ məhkəməsi Trampın transgender qərarını əngəllədi
-
Renat Dadaşov əsas heyətdən çıxarıldı
-
Kağız reseptlərdən istifadə ləğv ediləcək
-
Ağdərədə silah-sursat aşkar edilib - FOTO
-
1078-ci gün: Rusiyanın itkiləri yeniləndi
-
İran müəllimləri Pezeşkiana səsləndi: Trampla görüş!
-
Prezident fərman imzaladı
-
Azərbaycan Ukraynaya 1 milyon dollar ayırdı
-
Prezidentdən əmək pensiyaları ilə bağlı sərəncam
-
Vətəndaşların bank kartlarından 22,4 milyon talandı - DİN
-
Xankəndi-Ağdam yolunda qəza
-
Netanyahunun Trampa hədiyyəsi əsl sensasiya oldu
-
Tramp Qəzzaya səfər edəcək
-
İşə düzəltmək adı ilə vətəndaşları aldatdı, həbs olundu
-
ABŞ ordusunu Suriyadan çıxarır
-
ABŞ kəşfiyyatçılarını kütləvi şəkildə işdən çıxarır
-
Azərbaycanda bu xəstəxana cərimələndi
-
Paşinyandan adamlarını şoka salan tapşırıq…
-
15 yaşlı oğlan özünü öldürdü: Oyunda vaxt qoyublarmış - Şok
-
Azərbaycanda şagird dərs zamanı öldü
-
Ağır günlərdə Türkiyənin ətrafında səfərbər olduq
-
İlham Əliyev Ərdoğana məktub ünvanladı
-
Rusiya AZAL təyyarəsi ilə bağlı biabırçı bəyanatını "düzəltdi"
-
Ukrayna bu qədər əsgər itirib - Zelenski elan etdi
-
Fidandan şok: İsrailə yanaşmamız dəyişə bilər!
-
Gürcüstanda 49 deputatın mandatı ləğv edildi - Sensasiya
-
Suriyanın birinci xanımı ilk dəfə özünü göstərdi - Foto