Cəfər Hüseynzadə NATO Baş katibinin müavini ilə görüşüb Siyasət

Cəfər Hüseynzadə NATO Baş katibinin müavini ilə görüşüb

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə NATO Baş katibinin müavini Radmila Şekerinska ilə görüşüb.
Cəfər Hüseynzadə bu barədə “X” hesabında paylaşım edib.

O qeyd edib ki, görüşdə hər iki tərəf Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığı, Azərbaycanın NATO-nun rəhbərlik etdiyi sülhə dəstək əməliyyatlarına, eləcə də Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə dair məhsuldar müzakirələr aparıblar.
Tərəflər, həmçinin regionda cərəyan edən proseslərlə yanaşı, Azərbaycanın nəqliyyat infrastrukturunun dünyanın nəqliyyat xəritəsindəki rolunu da müzakirə ediblər.
Görüşdə Azərbaycan-NATO Tərəfdaşlığının 30 illiyi kimi 2024-cü ildə əməkdaşlığa yüksək ehtiramla yanaşılıb və 2025-ci il üçün əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Cəfər Hüseynzadə NATO Baş katibinin müavini ilə görüşüb