Deputat: Bələdiyyələr nə vaxt icra başçısının qoltuğundan çıxacaq? Siyasət

Deputat: Bələdiyyələr nə vaxt icra başçısının qoltuğundan çıxacaq?

Bələdiyyələr nə vaxt icra başçısının qoltuğundan çıxacaq?

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin Regional məsələlər iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”nin (2024-cü il üzrə) müzakirəsində deputat Elman Məmmədov deyib.

Deputat bildirib ki, bu gün bələdiyyələr icra başçısının icazəsi olmadan heç nə etmirlər, torpaq satmırlar: “Burada məsuliyyətə cəlb edilən bələdiyyə üzvlərinin sayı açıqlandı. Onlarla bərabər icra başçıları da məsuliyyətə cəlb edilməli idi. Bələdiyyələr o vaxt keyfiyyətli işləyəcəklər ki, faktiki olaraq tam müstəqil fəaliyyət göstərə bilsinlər. Biz bunu gözləyirik”.