"Fransada Qarabağlı bağlı konfrans keçirilməsi sülh prosesinə zərbədir" Siyasət

"Fransada Qarabağlı bağlı konfrans keçirilməsi sülh prosesinə zərbədir"

Fransa Senatında Azərbaycana qarşı “erməni xalqı və onun Qarabağa qayıtmaq hüququ” adlı konfrans keçirilib. N. Paşinyanın Fransaya səfəri çərçivəsində belə bir konfransın keçirilməsi təsadüfi deyil. Ermənistan Baş naziri rəsmən Qarabağı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə qeyd edib. Ötən gün yazdığı məqalədə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha vurğulayıb. Amma, Fransada olduğu bir vaxtda senatda belə bir konfransın keçirilməsi birbaşa siyasi təxribatdır.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, N.Paşinyan Qarabağla bağlı istənilən konfransın sülh prosesinə zərbə vurduğunu deyə bilərdi. Həmçinin Senatda bu konfransın təxirə salınmasını nail ola bilərdi:

"Ermənistan baş naziri Fransanın sülhü pozma missiyasına etiraz etmir, ya da etiraz etmək istəmir. N. Paşinyanın belə bir konfransın Azərbaycan tərəfindən sərt şəkildə qəbul ediləcəyini gözəl başa düşür. Görünür, özü də bu tədbiri təzyiq aləti kimi istifadə etməyi planlaşdırır.

Ermənistan Baş naziri deyir ki, Konustitusiyanı dəyişmədən sülh müqaviləsinə imza ataq. Sülh müqaviləsi imzalanarsa, Ermənistan qanunvericiliyində Qarabağla bağlı müddəalar qalmaqda olacaq. Bununla da beynəlxalq müstəvidə belə bir tədbirlər keçiriləcək.

Göründüyü kimi, Azərbaycan Ermənistan konustitusiyanın və qanunvericilik aktlarının Qarabağla bağlı bəndlərin dəyişməsində haqlıdır. Fransa Senatında Qarabağla bağlı konfransın keçirilməsində birbaşa N. Paşinyanın rolu var".

Cavid