![44 günlük savaşda ermənilərin vurduğu ziyanın həcmi...](https://xalqcebhesi.az/media/2025/02/11/225x136/gence-fhn.jpg)
44 günlük savaşda ermənilərin vurduğu ziyanın həcmi...
11 Fevral 23:12
11 Fevral 23:12
11 Fevral 22:17
11 Fevral 20:03
11 Fevral 19:33
Rusiya Xarici İşlər Nazirliyi aksiyaya çağırışlarla əlaqədar Bakıdakı Rus Evi adından yayılmış xəbərləri feyk adlandırıb.
Xalqcebhesi.az Apa-ya istinadən xəbər verir ki, Rusiya XİN bu gün yaydığı açıqlamada Rus Evi adından yayılmış, fevralın 13-də saat 10.00-da Bakının “Azadlıq” meydanında Rus Evinin müdafiəsinə həsr olunmuş mitinqə çağırışların feyk olduğu bildirib.
Qeyd olunub ki, Bakıdakı Rus Evi ətrafında sosial şəbəkələrdə yayılan dezinformasiyalar məlum təlimatlara əsaslanır və Rusiya-Azərbaycan əlaqələrinə xələl gətirmək məqsədi daşıyır.
"Sosial şəbəkələrdə "bakılıları və rus irsinə və mədəniyyətinə dəyər verən və hörmət edən hər kəsi Bakıdakı Rus Evinə dəstək aksiyasında iştirak etməyə çağıran materiallar feykdir, kütləvi auditoriyada emosional reaksiya yaratmaq üçün nəzərdə tutulub", - deyə Rusiya XİN-nin açıqlamasında bildirilir.
Qeyd edək ki, Bakıdakı Rus Evinin adından başqa saxta məlumatlar da yayılıb. Xaricdə Azərbaycan əleyhinə fəaliyyət göstərən bəzi Yutub kanalları da həmin məlumatlara istinadən materiallar yayıb.
Əlavə edək ki, Azərbaycan Rus Evinin fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya nota göndərib.
“Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – Rus Evinin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra 3 fevral 2025-ci il tarixində Rus Evinin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib.
Bakıdakı Rus Evi isə bu gün açıqlama yayaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tələbi ilə əlaqədar, “Rossotrudniçestvo”nun nümayəndəliyi – Bakıdakı Rus Evinin öz fəaliyyətini dayandırdığını bildirib.