Prezident İlham Əliyev Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına hələ də üzv olmamasının səbəbləri barədə danışıb Siyasət

Prezident İlham Əliyev Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına hələ də üzv olmamasının səbəbləri barədə danışıb

Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına hələ də üzv olmamasının səbəbləri barədə danışıb.

Dövlətimizin başçısı deyib ki, uzun illərdir danışıqların aktiv mərhələsində olmasına baxmayaraq, Azərbaycanın hələ də Ümumdünya Ticarət Təşkilatına üzv olmamasının səbəbi proteksionizm, ikili standartlar, tariflərdir: "Bütün bunlar Ümumdünya Ticarət Təşkilatının təməl dəyərlərinə ziddir".

Azərbaycan iqtisadiyyatının özünü təmin etdiyini xatırladan Prezident bildirib ki, təşkilata qoşulma ilə bağlı bütün təkliflərimiz qəbul olunarsa, proses daha da rəvan gedər.