Milli Məclis may ayında xüsusi iclas keçirəcək Siyasət

Milli Məclis may ayında xüsusi iclas keçirəcək

Milli Məclisin “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş xüsusi iclası keçiriləcək.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında əksini tapıb.

Qeyd edək ki, parlamentin xüsusi iclası may ayında keçiriləcək.