Azərbaycan Türkiyə ilə birgə Suriyada sabitliyin təmin olunmasına töhfə verməyə hazırdır Siyasət

Azərbaycan Türkiyə ilə birgə Suriyada sabitliyin təmin olunmasına töhfə verməyə hazırdır

Azərbaycan və Türkiyə daim çiyin-çiyinə bir-birinin yanındadır.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 13-də Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgünün etimadnaməsini qəbul edərkən qeyd edilib.

Bildirilib ki, Suriya məsələsində də Azərbaycan Türkiyənin yanında olduğunu ilk günlərdən bəyan edib. Bu xüsusda vurğulandı ki, Suriyada sabitliyin, təhlükəsizliyin təmin olunmasına və humanitar problemlərin həllinə Azərbaycan da Türkiyə ilə əlaqələndirilmiş şəkildə öz töhfəsini verməyə hazırdır.

Bu gün Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun Cənubi Qafqaz regionunda, eyni zamanda, onun hüdudlarından kənarda sabitliyin, təhlükəsizliyin, sülhün və əmin-amanlığın zəmanəti olduğu bir daha qeyd edilib.