![AB "missiyası" bu dəfə Qubadlı ilə sərhəddə - FOTO - VİDEO](https://xalqcebhesi.az/media/2025/02/13/225x136/67ae1405d5ce467ae1405d5ce5173946163767ae1405d5ce267ae1405d5ce3.jpg)
AB "missiyası" bu dəfə Qubadlı ilə sərhəddə - FOTO - VİDEO
13 Fevral 21:10
13 Fevral 21:10
13 Fevral 19:11
13 Fevral 13:56
Milli Məclisin deputatı Mehriban Vəliyeva deputat seçildiyi 44 saylı Sumqayıt üçüncü seçki dairəsində növbəti dəfə ərazi üzrə vətəndaş qəbulu keçirib. Budəfəki qəbulu Tarix muzeyində məhəllə 41a-da yaşayan sakinlər üçün təşkil edilib. Deputat ofisindən saytımıza verilən məlumata görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Gülnur Qasımlının da iştirak etdiyi vətəndaş qəbulunda sakinlərin müraciət və təklifləri dinlənilib, problemləri ilə maraqlanılıb. Hüquqi problemlərin həll olunmasını Sumqayıt Regional Vəkil Bürosu öz üzərinə götürüb. Vətəndaşlar əsasən işlə təminat, sağlamlıq, məhkəmə icraatı, abadlıqla bağlı müraciət ediblər. Qaldırılan məsələlər deputat tərəfindən nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlara göndəriləcəyi qeyd olunub.
Görüş zamanı dövlətin apardığı uğurlu daxili və xarici siyasəti haqqında vətəndaşlara məlumat verilib. Əmək pensiyalarının və minumum əmək haqlarının artırılmasının xalqımızın sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına hesablandığını, dövlət başçımızın göstərişi ilə regionlarda yeni quruculuq işləri haqqında, movcud sosial problemlərin də ardıcıllıqla həll olunacağı, ordumuzun daha da gücləndiriləcəyini sakinlərin diqqətinə çatdırılıb. Mehriban Vəliyeva bildirib ki, ölkəmiz Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daima inkişaf edəcək. Vətəndaşlar da öz növbəsində ölkə başçısına inandıqlarını, hər zaman onun yanında olduqlarını bildiriblər.