![170 azərbaycanlı işgəncələrlə öldürüldü](https://xalqcebhesi.az/media/2025/02/14/225x136/xocali-irfan_(1).jpg)
170 azərbaycanlı işgəncələrlə öldürüldü
14 Fevral 22:52
“Cənab Prezident İlham Əliyev Çinin CGTN kanalına müsahibə verib. Hesab edirəm ki, ölkə başçımızın müsahibələri artıq ənənəvi xarakter daşımağa başlayır və çox yaxşı imkandır ki, Azərbaycanın reallıqlarını geniş auditoriyanın diqqətinə çatdırmaq mümkün olur. Bu kanalın böyük bir auditoriyası var. İzləyicilər də bu kanaldan informasiya mənbəyi kimi istifadə edirlər. Cənab Prezident müsahibəsində nəinki Azərbaycan-Çin münasibətlərini dəyərləndirib, eyni zamanda, çox geniş formada şaxələndirilmiş cəhətdən Azərbaycanın xarici siyasətinə də toxunub. Vətən müharibəsindən, ərazilərimizin suverenliyinin bərqərar olunmasından sonra Azərbaycan keyfiyyətcə yeni mərhələyə daxil olub və bu özünü xarici siyasətdə də göstərir”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
İ.Hüseynov Azərbaycanın Şərq və Qərb arasında mühüm geostrateji bölgəsə yerləşməklə yanaşı, enerji və nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzərində hər zaman çalışdığını diqqətə çatdırıb: “Avropa İttifaqının 10 üzvü ilə bizim strateji tərəfdaşlıq münasibətlərimiz var. Eyni zamanda, nəinki qonşu dövlətlər, eləcə də Azərbaycan böyük coğrafiyada da əməkdaşlığı təfviq edir. “3+3” platforması çox uğurlu bir modeldir. Digər tərəfdən Mərkəzi Asiya ölkələri ilə də çox yaxşı işgüzar münasibətlər yaranıb. Bu, iqtisadi-ticari münasibətlərə də müsbət təsir göstərir. Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqaz arasında bağlantıda da ölkəmizin strateji əhəmiyyəti yüksək dəyərləndirilməkdədir. “Bir kəmər, bir yol” konsepsiyası çərçivəsində də Azərbaycanın əsas məqsədi nəqliyyat habına çevrilməkdir. Bu istiqamətdə uğurlu işlər həyata keçirilir. Ələt Beynəlxaq Dəniz Ticarət Limanının istifadəyə verilməsi, Horadiz-Ağbənd dəmir yolu ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və dəmir yolu bağlantısınınn formalaşdırılması üçün görülən işlər, İran üzərindən nəqliyyat infrastrukturunun inşası və eyni zamanda Zəngəzur dəhlizinin açılması ilə bağlı aparılan danışıqlar Azərbaycanın uzaqgörən siyasətindən xəbər verir. Bu, real praqmatik nəzəriyyəyə əsaslanmaqdadır”.
Politoloqun sözlərinə görə, Azərbaycan böyük bir coğrafiyada sabitliyə, sülhə, təhlükəsizliyə, əmin-amanlığa da töhfə verir: “Bir sıra qaynar müharibələrin müzakirəsi üçün də Azərbaycan öz vasitəçiliyini irəli sürərək platfroma məkanı kimi çıxış edib. Bu, Azərbaycanın dünyada müsbət imicindən xəbər verən hadisədir. Cənab Prezident İlham Əliyevi xüsusi qonaq qismində dünyanın müxtəlif mötəbər tədbirlərinə dəvət edirlər. Bu da bizim liderimizə olan müstəsna münasibəti özündə əks etdirir. Azərbaycan özünü hər zaman çox sabit, proqnozlaşdırılan geosiyasi aktor özünü göstərib. Bu da hesab edirəm ki, xarici siyasət dinamikasının ölçülməsi üçün çox müsbət meyarları özündə birləşdirir”.
Röya İsrafilova