![170 azərbaycanlı işgəncələrlə öldürüldü](https://xalqcebhesi.az/media/2025/02/14/225x136/xocali-irfan_(1).jpg)
170 azərbaycanlı işgəncələrlə öldürüldü
14 Fevral 22:52
14 Fevral 22:52
14 Fevral 22:51
14 Fevral 13:45
“Hər il Ermənistana 120 milyon dollardan çox maliyyə vəsaiti ayıran, keçən ildən etibarən isə bu vəsaiti 250 milyon dollara qaldıran bir təşkilat olaraq USAID erməni separatizminin dəstəklənməsində də xüsusi canfəşanlığı ilə seçilib”.
Bunu xalqcəbhəsi.az-a politoloq Yusif Bağırzadə deyib.
Politoloq vurğulayıb ki, təşkilata rəhbərlik edən Samanta Pauerin Qarabağ separatçılarının nümayəndəsi, milyarder Ruben Vardanyanla sıx əlaqələrdə olması, Ukraynada separatçıları maliyyəşdirən Ruben Vardanyanla əməkdaşlıq etməsi, hətta erməni milyarderin “soyqırıma məruz qalmış ermənilər”ə yardım etmək məqsədilə yaratdığı “Avrora” təşkilatından 1 milyon dollar dəyərində mükafat alması da faktdır: “Odur ki, indi də öz anti-Azərbaycan və anti-türk mövqeyi ilə tanınan, Qarabağın erməni sakinlərinin Ermənistana miqrasiyasını “məcburi köç” kimi qəlmə verməyə çalışan, Azərbaycanla Türkiyəni “vəhşi” adlandıran, qondarma soyqırımın tanınacağı günü özünün ikinci ad günü elan edəcəyini bildirən bir şəxsin rəhbərlik etdiyi qurumla bağlı verilən bəyanatlar və atılan addımlar tamamilə yerində olan addımlardır. ABŞ adminstrasiyasının bu qurumla bağlı həqiqətləri gec də olsa nəhayət ki, görməsi də təqdirəlayiqdir”.
Röya İsrafilova