![170 azərbaycanlı işgəncələrlə öldürüldü](https://xalqcebhesi.az/media/2025/02/14/225x136/xocali-irfan_(1).jpg)
170 azərbaycanlı işgəncələrlə öldürüldü
14 Fevral 22:52
14 Fevral 22:52
14 Fevral 22:51
14 Fevral 13:45
16:24
Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərinin yekunlarını elan edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə MSK-nın bugünkü iclasında müzakirə aparılır.
Qeyd edilib ki, seçkidən baxılmış müraciətlər əsasında yalnız bir bələdiyyə üzrə - 81 saylı İmişli seçki dairəsində Bəcirəvan bələdiyyəsinə keçirilən seçkinin nəticələri etibarsız hesab olunub.
Xatırladaq ki, yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib və seçici fəallığı 31,45% olub.
Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilib.
685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparıb.
Bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var idi.
***
Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərinin yekun nəticələrini elan edib.
Yekun nəticələrə əsasən 681 bələdiyyənin tam tərkibdə formalaşması, 1 bələdiyyənin isə tam tərkibdə formalaşmadığı qərara alınıb.
***
Mərkəzi Seçki Komissiyası (MSK) bələdiyyə seçkilərinin yekunlarına dair protokolu təsdiq edib.
Bununla bağlı MSK-nın bugünkü iclasında müzakirə aparılıb.
İclasda seçkilərin yekunlarına dair ümumi məlumat verilib. Qeyd olunub ki, bələdiyyə seçkilərində yekun seçici fəallığı 31.42 faiz olub. Bələdiyyə seçkiləri nəticəsində 681 bələdiyyə tam tərkibdə formalaşıb, 8 min 39 bələdiyyə üzvü seçilib.
78 saylı Lənkəran kənd seçki dairəsi (Şürük bələdiyyəsi), 117 saylı Oğuz-Qəbələ-Şəki (Padar bələdiyyəsi) və 81 saylı İmişli (Bəcirəvan bələdiyyəsi) üzrə seçkilərin nəticələri etibarsız hesab edilib. 90 saylı Ağsu seçki dairəsi üzrə Gəgəli bələdiyyəsinin tərkibi isə tam formalaşmayıb.
Daha sonra bələdiyyə seçkilərinin yekun protokolu qəbul olunub və komissiya üzvləri tərəfindən imzalanıb.