Suriya prezidenti Azərbaycana dəvət edildi Siyasət

Suriya prezidenti Azərbaycana dəvət edildi

Prezident İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şaraanı Azərbaycana dəvət edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İlham Əliyev Əhməd əş-Şaraaya məktubunda bildirib.

"Bu gün Azərbaycan-Suriya münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi və əməkdaşlığımızın yeni məzmunla zənginləşdirilməsi üçün yaxşı imkanlar yaranmışdır. Bu xüsusda, fürsətdən istifadə edərək Sizi Azərbaycana səfərə dəvət edirəm.Bu xüsusda, fürsətdən istifadə edərək Sizi Azərbaycana səfərə dəvət edirəm", - məktubda qeyd olunub.