Bayramov ATƏT-in baş katibi ilə görüşdü Siyasət

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniyada Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ATƏT-in Baş katibi Firidun Sinirlioğlu ilə görüşüb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə X hesabında yazıb.

"F.Sinirlioğlunu bu məsul vəzifəyə təyin olunması münasibətilə təbriklərimizi və xoş arzularımızı çatdırdıq. Biz münaqişədən sonrakı regional vəziyyət fonunda Azərbaycanın ATƏT-in roluna necə baxdığını və keçmiş münaqişənin qalıqları olan Minsk prosesi ilə bağlı strukturların dağıdılmasının vacibliyini qeyd etdik", - C.Bayramov qeyd edib.

Vurğulanıb ki, nazir ATƏT Baş katibinə Azərbaycan-Ermənistan arasında normallaşma prosesi barədə məlumat verib. Həmçinin Ermənistanın Konstitusiyasında və digər hüquqi sənədlərdə ərazi iddialarının davam etməsindən, eləcə də sürətli hərbi güclənmədən narahatlıq ifadə olunub.